Yuxarı

Fırıldaqçılar internetlə 46 milyard oğurladı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fırıldaqçılar internetlə 46 milyard oğurladı

2013-cü ildə dünyada fırıldaqçılıq nəticəsində maliyyə itkiləri 46,3 milyard dollar təşkil edib ki, bu da 2011-ci ildəkindən 15 faiz çoxdur.

Axar.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir ki, bu yaxınlarda aparılan araşdırmaya görə, fırıldaqçıların fəallığının artmasının əsas səbəbi onların diqqəti simsiz rabitə sahəsinə yönəltməsidir. Bunun üçün onlar fərdi məlumatları oğurlamaq məqsədilə innovativ üsullardan istifadə edirlər.

Araşdırmada qeyd olunub ki, telekommunikasiya şirkətləri özlərini və abunəçiləri fırıldaqçılardan qorumaq məqsədilə tez-tez biometrik texnologiyalardan yararlanırlar.

Daha çox istifadə olunan texnologiyalardan biri səsin tanınması, eləcə də nitqin davranış aspektləri (məsələn, danışıq tonu) texnologiyasıdır. Növbəti populyar həll sifətin profilin fotoşəkli ilə müqayisə edilməsidir. Bəzən kommunikasiya şirkətləri bir biometrik texnologiyanın istifadəsindən kifayətlənməyərək bir neçəsindən yararlanır.

Xatırladaq ki, ekspertlərin proqnozuna görə, növbəti beş ildə biometrik texnologiyalar istehsalında sürətli artım olacaq.

Tarix
2015.01.21 / 21:49
Müəllif
Hüseyn Valeh
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla