Yuxarı

Yeni ağıllı eynəklər təqdim edildi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni ağıllı eynəklər təqdim edildi

ABŞ-ın "Maykrosoft" korporasiyası "HoloLens" əlavə reallıq eynəyini təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə korporasiyanın təqdimatında "Kinect" oyun tərtibatçılarından biri Aleks Kipmen məlumat verib.

Xarici görünüşünə görə dağ xizək idmanı üçün nəzərdə tutulmuş eynəyi xatırladan "Hololens" qurğusunun şüşəsi yarımşəffaf ekrandır və ətraf mühit obyektlərini rəqəmli qrafika ilə çəkir. Eynəkdə "Vindovs 10" əməliyyat sisteminə inteqrasiya olunan yeni "Maykrosoft Holoqrafik" (Microsoft Holographic) virtual reallıq texnologiyası quraşdırılıb.

"Maykrosoft" nümayəndələrinin sözlərinə görə, "Hololens" müxtəlif kontekstlərdə - istifadəçidən (oyunlar, Skayp, videoya baxmaq) tutmuş, peşəkar (HoloStudio əlavəsi ilə 3D layihələndirmə, birgə iş) kontekstlərədək istifadə etmək mümkündür.

Eynək tam avtonom işləyir, smartfona və ya planşet kompüterə qoşulmanı tələb etmir. Quraşdırılmış kamera və sensorlar istifadəçinin başının vəziyyətini izləməyə və virtual obyektlərlə əlaqəni simulyasiya etməyə imkan verir. Qurğu həmçinin prosessor və qrafika emalı modulu ilə təchiz edilib.

Qeyd edək ki, qurğunun qiyməti və bazara çıxarılma müddəti barədə məlumat verilməyib.

Tarix
2015.01.23 / 02:05
Müəllif
Hüseyn Valeh
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla