Yuxarı

Bil Qeytsin heyrətamiz sirli layihəsi - Texnika

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bil Qeytsin heyrətamiz sirli layihəsi - Texnika

Bil Qeyts (Bill Gates) üzərində çalışdığı yeni layihəsi ilə gələcəyin bütün qurğularını dəyişə bilər.

Axar.az xəbər verir ki, Bil Qeytsin "Şəxsi agent" (Personal Agent) adlandırdığı gələcəyə hesablanmış yeni bir texnologiya üzərində çalışdığı məlum olub.

Bu sirli layihənin əsas məqsədi, Qeytsin sözləri desək, hər şeyi xatırlamaq və geri dönüb əhəmiyyət verdiyiniz şeyləri tapmağa kömək etməkdir.

Bil Qeyts ona ünvanlanan suallar arasında "önümüzdəki illərdə nələr olacaq" sualını belə cavablandırıb:

"Önümüzdəki 30 il ərzində hər zamankındən daha çox irəliləyiş olacaq. Qarşıdakı 10 il içində video və audio ötürmələr, tərcümə texnologiyaları daha çox inkişaf etmiş olacaq. Meyvə toplamaq və ya bir xəstəni xəstəxanaya daşımaq kimi işləri mexaniki robot həll edəcək. Kompüterlər, robotlar görmə və hərəkətetmə mövzusunda elə bir səviyyəyə çatacaq ki, bunun da istifadəsi geniş yayılacaq".

Qeyts üzərində çalışdığı "Şəxsi agent" layihəsi haqqında danışarkən bunları deyib:

"Fikirlər, yeni tətbiqlər tapmaq məcburiyyətində qaldığınız zaman onlar arasında nələrin yeni olduğunu bilmək təsirinə malik agent bu problemi həll edəcək. Bu cihaz sizin bütün cihazlarınızdan üstün olacaq".

Tarix
2015.01.31 / 22:03
Müəllif
Təranə Səfərova
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla