Yuxarı

Məşhur avtomobil adlarının mənaları

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur avtomobil adlarının mənaları

Bir çoxumuz yollarda görən kimi markasını tanıdığımız avtomobil modellərinin adının yaranma səbəbini, mənasını bilmirik. Məhz bu səbəbdən dünyaca məşhur avtomobil markalarının adlarının hansı əsasla yarandığını Axar.az oxucularına təqdim edirik.

"Mitsubişi"

Müxtəlif avtomobil modelləri ilə məşhur "Mitsubişi" şirkətinin emblemi keçmiş yapon döyüşçüləri olan samurayların loqosundan götürülüb. Emblem Mitsu (üç) və Bishi (almaz) sözlərinin birləşməsindən əmələ gəlib.

"Mersedes-Benz"

Əslən avstriyalı olan və tacirlik edən Emil Jelinek adlı şəxs 1897-ci ildə Daimler zavodundan bir avtomobil alaraq yarışa qatılıb. 23 at gücünə sahib avtomobillə yarışa qatılan Jelinek birinciliyi əldə edib. Tacir bu uğurun şərəfinə avtomobilə qızı Mersedesin adını verib. Daha sonra şirkətin qurucuları sayılan Hottlieb Daimler və Karl Benz istehsal etdikləri avtomobillərə "Mersedes-Benz" adını verməyə davam edib.

"Mazda"

Şirkət emblemini qanadlarını açmış bəyaz rəngli qartalla uzlaşdıraraq bu adı zərdüştiliyin müdriklik tanrısı Ahura Mazdadan götürüb.

"Hunday"

Şirkətin adı Koreya dilində "Çağdaş-müasir" mənasını verir.

"SsangYong"

Cənubi Koreyalı avtomobil istehsalçısının adı "əkiz əjdaha" deməkdir.

"Kia"

Koreyanın 2-ci böyük avtomobil firması olan "Kia" "Asiyadan doğan" anlamında işlənilir.

"Kadillak"

1902-ci ildə yaranan Amerika avtomobil şirkəti adını 16-cı əsrdə yaşamış Detroit şəhərinin qurucusu fransız Antoine de la Moze Kadillakdan götürüb.

"Subaru"

Yapon avtomobil markası "Subaru" adını Taurus bürcünün yaponca deyiliş formasından götürüb.

"Dacia"

Rumıniyanın ən böyük avtomobil şirkəti "Dacia"nın adı bu ölkənin antik dövrdəki adı olub.

"Jeep" (Cip)

Hərbi məqsədlər üçün istehsal edilən və ağır şəraitli yollarda istifadə üçün nəzərdə tutulan "Cip"in adının cizgi film personajı "Eugane the Cip" adlı heyvandan gəldiyi iddia olunur. Zamanla bu quruluşa malik olan bütün avtomobillər "Cip" olaraq xatırlanmağa başladı.

"Leksus"

Latınca "qanun" mənasını verən "Leksus" "Toyota"nın nəzdində bu adı daşıyan lüks avtomobil şirkətidir.

"Volksvagen"

"Volksvagen" alman dilində "Xalq avtomobili" mənasını verir.

"Audi"

"Audi" sözü latınca "Duydum, eşitdim" deməkdir.

BMV

BMV sözünün açılışı "Bayerische Motor Werke"-dir. (Bayer Mühərrik Zavodu).

"Alfa Romeo"

1910-cu ildə A.L.F.A (Anonima Lombarda Fabbrica Automobili) avtomobil şirkəti Nikola Romeo adlı şəxsin şirkətdə pay sahibi olmasından sonra istehsal etdiyi modellərə "Alfa Romeo" adı verməyə başlayıb.

FİAT

İtalyan avtomobil şirkəti FİAT-ın açılışı "Fabbrica İtaliana Automobili Torino" (Torino İtalyan Avtomobil Zavodu) deməkdir.

"Tesla"

ABŞ-ın elektriklə çalışan avtomobillər istehsal edən "Tesla" zavodu öz modellərinə məşhur ixtiraçı Nikola Teslanın adını verib.

"Volvo"

İsveç avtomobil firması "Volvo"nun adı latınca "dönür, fırlanır" mənasını verir.

"Nissan"

1934-cü ildə "Jidosha-Seizo co" və "Nihon Sanqyo Co. Ltd" şirkətlərinin birləşməsindən sonra "Ni-San" adı yaranıb. Bu günə qədər zavodun istehsal etdiyi bütün modellər "Nissan" adını daşıyır.

"İnfiniti"

"İnfitini" "Nissan" şirkətinin əsasən ABŞ bazarı üçün yaratdığı lüks avtomobil markasıdır. "İnfiniti" sözü ingiliscə "Ucsuz-bucaqsız" mənasını daşıyır.

"Ford"

İlk seriyalı avtomobil istehsalçısı olan "Ford"un bu adı Henri Fordla əlaqəlidir.

"Opel"

Bu şirkət adını onun qurucusu olan Adam Opeldən götürüb.

"Honda"

Bəzi avtomobil şirkətləri kimi bu şirkətin də adı onun qurucusu Soichiro Honda ilə bağlıdır.

Tarix
2015.02.17 / 01:20
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla