Yuxarı

Tüninq edilmiş avtomobillər qəzanı artırır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tüninq edilmiş avtomobillər qəzanı artırır

Sürücülərin bəzək məqsədi və texniki dəyişikliklər üçün etdikləri tüninq nəqliyyat təhlükəsizliyini aşağı salaraq qəza riskini artırır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Nəqliyyata Nəzarətetmə Şöbəsinin müdiri İsmayıl Erol deyib.

Onun sözlərinə görə, avtomobillərə vurulan tündləşdirilmiş şüşələr sürücünün görüntü bucağını iki dəfə azaldır. Hava qaralanda isə bu şüşələrlə avtomobil idarə edən şəxslər ətrafda baş verənləri tamamilə görmür. Bu isə birbaşa qəzalara və ölümlərə yol açır. Qəza zamanı tündləşdirmə vasitələri vurulan şüşələrin rahat şəkildə sınmadığı üçün sürücünün avtomobildən çıxmaq imkanı da qalmır.

İsmayıl Erolun sözlərinə görə, texniki hissələrdə aparılan tüninq işləri də sürücüləri hər an təhlükə ilə üzbəüz qoya bilər:

"Avtomobillərin texniki hissəsində aparılan dəyişikliklər zavod parametrlərinin işləmə mexanizmini sıradan çıxarır. Qəzalara ən böyük yol açan səbəb isə avtomobillərin arxa yaylarının kəsilməsidir ki, bunlar əyləc sisteminə mənfi yöndə ciddi təsir edir".

Tarix
2015.03.12 / 21:06
Müəllif
Natiq Azəri
Digər xəbərlər

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla