Yuxarı

Tarif Şurasının qərarı: bu maşınlar dəbə minir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarif Şurasının qərarı: bu maşınlar dəbə minir

Tarif Şurası yanacağın qiymətindəki dəyişikliyin ətraf mühitin qorunması baxımdan mühüm addım olduğunu açıqlayıb. Maraqlıdır, bu dəyişiklik ölkədə ekoloji cəhətdən təmiz elektromobillərə tələbatı artıracaqmı?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən avtomobil eksperti Eldəniz Cəfər bildirib ki, elektromobillərdən istifadənin artması üçün Tarif Şurasının qərarı ilə yanaşı bəzi addımlar da atılmalıdır:

“Benzin və dizel arasında yaranan kiçik fərq vətəndaşlarımızın daha çox benzin mühərrikli və hibrid avtomobillərə üstünlük verməsinə səbəb olacaq. Ona görə yalnız bu qərarla iş bitmir. Bunun üçün ekoloji təmiz avtomobillərin gömrük rüsumları, aksiz vergisi azaldılmalı və avtokreditləşmə məsələsi sadələşdirilməlidir. Bu avtomobilləri satış məqsədi ilə ölkəyə gətirən sahibkar üçün vergi rüsumları, ƏDV ödəmək lazımdır. Bu rüsumlar isə elektromobillərin qiymətini sərfəli etmir.

Yalnız fərdi istifadə üçün gətirilən elektromobillərə 15 faizlik gömrük rüsumu tətbiq edilib. Ümumilikdə isə ölkədə ekoloji təmiz avtomobillərə böyük maraq var”.

Ekspertin sözlərinə görə, biz Tarif Şurasının bu qərarı ilə 2 il əvvəl qəbul olunmuş və Prezident İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramına qayıtmalı və onun müddəalarının icrasını aidiyyəti qurumlardan tələb etməliyik:

“Bu dövlət proqramında ekoloji təmiz avtomobillərin gətirilməsinin stimullaşdırılması haqda bənd var. Bu proqramın həyata keçirilməsi ilə bağlı ciddi addımlar atılmalıdır. 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu kimi addımlar atsa da, təəssüf ki, digər qurumlardan biz bu dəstəyi görmədik”.

Ekspert deyib ki, ölkədə elektromobillərin ehtiyat hissələri ilə bağlı hansısa problem yaşanmasa da, bəzi yanacaqdoldurma məntəqələrində elektrik məntəqələrinin olmaması narazılıq doğurur:

“Hibrid avtomobillər həm benzinlə, həm də elektriklə çalışır və onun elektriklə doldurulmasına ehtiyac yoxdur. Onlar özü hərəkətdə olaraq elektrik toplaya bilirlər. Elektromobillər isə yalnız elektrik enerjisi ilə çalışır və onun elektrik yığması lazımdır. Bəzi yanacaqdoldurma məntəqələrində elektrik yükləmə məntəqəsi az olduğu üçün bu barədə müəyyən şikayətlər olur. Ümid edirik ki, bu problemlər də həllini tapacaq”.

Tarix
2021.01.06 / 09:07
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Şuşa Forumunda bu suallar niyə verilmədi?

İlham Əliyev onu bu jesti ilə təəccübləndirdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla