Yuxarı

Qalib robot yarışmada 2 milyon qazandı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalib robot yarışmada 2 milyon qazandı - Foto

Kaliforniyada ABŞ Müdafiə Nazirliyi İrəli Araşdırma Proyektləri Agentliyi (DARPA) "Robot Yarışması" təşkil edib.

Axar.az məlumat verir ki, Almaniya, Yaponiya, Cənubi Koreya, İtaliya, Honkonq və Amerikadan 23 robot araşdırma qrupu iştirak edib. Robotlar dörd ayrı platformada verilən əmrləri yerinə yetirmək üçün səy göstərib.

Səkkiz mərhələli vəzifəni yerinə yetirmək üçün yarışda hər robot və komandasına bir saat müddət verilib. Robotlardan müvafiq olaraq, avtomobil sürmələri, avtomobildən enib qapını açıb binaya daxil etmələri, divarda dəlik açmaları, önlərinə çıxan dağıntıları aşmaları, binadan ayrılmaları və nərdivandan çıxmaları gözlənilib.

Robotlara yarışmadan əvvəl hər bir əmri icra etmək üçün yarım saat praktika etmək haqqı verilib. Yarış əsnasında yerə düşən robotlara öz səyləri ilə ayağa qalxmaları tapşırılıb. Ayağa qalxmağı bacara bilməyən və komanda üzvlərinin köməyindən istifadə edən robotlar yarışmadakı vaxtlarından 10 dəqiqə kəsilərək cəzalandırılıb.

Cənubi Koreyadan KAIST komandası birinci olaraq 2 milyon dollarlıq mükafatın sahibi olub.

Yarışmada IHMC Robotiks ikinci, "Tartan Rescue" üçüncü yerdə qərarlaşaraq yarım milyon dollar qazanıb.

DARPA-nın təşkil etdiyi müsabiqə 2011-ci ildə Fukuşimada baş vermiş nüvə qəzasından sonra insanların girə bilmədiyi təhlükəli sahələr üçün qabiliyyətli fəlakət robotların inkişaf etdirilməsi və istifadə edilməsi məqsədi ilə başladılıb.

Tarix
2015.06.09 / 01:30
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla