Yuxarı

DTX-nin avtomobilləri satışa çıxarılır - Cədvəl

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DTX-nin avtomobilləri satışa çıxarılır - Cədvəl

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 27-də təşkil ediləcək hərraca 31 dövlət əmlakı çıxarılacaq.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, bunlara 20 kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 11 nəqliyyat vasitəsi aiddir.

Belə ki, hərracda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin balansında olan avtomobillər satışa çıxarılacaq. Hərracda avtomobillərin start qiyməti 2 500 manatdan başlayır.

Eləcə də respublikanın rayon və şəhərlərində kiçik müəssisə və obyektlər də təkrar hərraca çıxarılacaq. Həmçinin, Xaçmaz şəhərindəki internat məktəbinin yarımçıq tikilisinin də özəlləşdirilməsi nəzərdə tutulur. Onun ilkin satış qiyməti 35 000 manatdan başlayır.

Eyni tarixdə təkrar hərraca çıxarılacaq dövlət nəfinə müsadirə edilmiş əmlakların siyahısında noutbuklar, kompüter aksesuarları, müxtəlif markalı mobil telefonlar, yaddaş kartları və s. texniki avadanlıqlar da var.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.

Tarix
2021.06.30 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla