Yuxarı

Vatsap istifadəçilərinə - Xəbərdarlıq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ESET" beynəlxalq antivirus şirkəti Vatsap messenceri üçün populyar əlavə adı ilə mobil troyanın yayılması barədə xəbərdarlıq edib. Zərərli proqram "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğulara qarşı yönəlib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyiniin mətbuat xidmətindən Axar.az-a verilən məlumata əsasən, troyan 2015-ci ilin əvvəlindən aktivləşməyə başlayıb. Cinayətkarlar onu Vatsap adı altında gizlədərək qeyri-rəsmi mobil əlavələr mağazaları vasitəsilə yayırlar.

Proses bu şəkildə gedir: saxta Vatsap ilə ilk "apk" fayl yükləndikdən sonra zərərli proqram istifadəçiyə əlavədən istifadəyə görə ödəniş etməyi təklif edir. Ödəniş başa çatdıqdan sonra əlavə paketlərin olduğu ikinci "apk" yüklənməyə başlayır. Sonra troyan əməliyyat sistemində quraşdırılmaya keçərək inzibatçının hüquqlarını, o cümlədən SMS-bildirişin göndərilməsi üçün icazəni istəyir.

Virus istifadəçinin mobil hesabını boşaldaraq ödənişli nömrələrə qeyri-qanuni SMS-bildirişlər göndərir. Bundan başqa, zərərli proqram müstəqil şəkildə zənglər edə və uzaq məsafədə yerləşən serverə qurğu və sistem haqqında məlumatlar göndərə bilir.

Tarix
2015.07.04 / 21:09
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla