Yuxarı

ABŞ sürücüsüz taksilərə keçir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ sürücüsüz taksilərə keçir

Alimlər müasir avtomobillərin buraxdığı zərərli qazları azaltmaq üçün sürücüsüz taksilər hazırlamağı təklif edir.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimlərinin fikrincə, sürücüsüz taksilərə keçid müasir avtomobillərin buraxdığı zərərli qazların sayını xeyli azaltmağa və taksi parkları sahiblərinin vəsaitlərinə qənaət etməyə imkan verəcək. ABŞ-ın Berklidə yerləşən Lourens adına Milli Laboratoriyasının alimləri bununla bağlı plan hazırlayır.

Aparılan hesablamalarda alimlər yekun kimi 2030-cu ili nəzərdə tutublar. Onlar həmin vaxtadək sürücüsüz taksilərin nə dərəcədə qənaətcil və ekoloji olmasını müəyyənləşdirsələr də, texnologiyanın qeyd olunan müddətə geniş yayılması ilə bağlı proqnozlar verməyiblər.

Təhlilə əsasən, sürücüsüz taksi-elektromobilin 1,6 km məsafəyə buraxdığı istixana qazı şəxsi məqsədlər üçün istifadə edilən 2014-cü il buraxılışlı ənənəvi mühərrikli avtomobillə müqayisədə 90 faiz azalacaq və hibrid mühərrikli fərdi maşınlara nisbətdə 63-82 faiz aşağı düşəcək. Nümunə üçün 2013-cu ildə istehsala buraxılması planlaşdırılan hibrid avtomobil layihələri götürülüb.

Müəlliflərin fikrincə, əsas amillərdən biri də elektrik enerjisinin əldə edilməsi üçün daha ekoloji sxemlərin yaradılmasıdır. Elektrostansiyaların ekoloji sxemlərə 2030-cu ildə keçməsi və bunun da qazların buraxılmasını azaltması gözlənilir.

Tarix
2015.07.08 / 01:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla