Yuxarı

Çin bu məşhur maşınları plagiat edib – Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin bu məşhur maşınları plagiat edib – Foto

Çin avtomobillərinin arasında dünya sənayesinin liderlərinin istehsal etdiyi maşınların plagiatlarına tez-tez rast gəlinir.

Maşınların bəzi hissələrinin saxta versiyası elə ustalıqla yaradılır ki, bu prosesə hüquqi şəxslər belə mane ola bilmir.

Çinin bu plagiat modelləri böyük maraq doğurur, çünki vizual olaraq orijinal və bahalı brendlərdən seçilməyən bu maşınların qiyməti orijinallardan xeyli ucuzdur.

Axar.az 10 ən məşhur plagiat avtomobili təqdim edir:

1. Huanqay Plutus (Orijinalı – Şevrolet Kolorado)

Sözsüz ki, "Huanqay Plutus"la "Şevrolet Kolorado" arasında bəzi kiçik fərqlər var. Amma bu fərqləri aydınlaşdıra bilmək üçün Şevrolet mütəxəssisi olmaq lazımdır. Əgər maşının üzərindəki "Huanqay" nişanını çıxartsaq, ekspertlər belə iki maşını bir-birindən fərqləndirə bilməz.

2. Lonqe Yulenq X1 (Orijinalı – Renc Rover Evoke)

"Lonqe Yulenq X1" modeli faktiki "Renc Rover Evoke"nin eynisidir. Aralarındakı tək fərq Çin istehsalı olan avtomobilin kapotunun altında elektromotorun olmasıdır. Sözügedən avtomobil ilk dəfə Şandonq Ev Ekspo sərgisində nümayiş olunub.

3. Baik B80VJ (Orijinalı – Mersedes Benz G-Vagen)

Baik avtomobilləri "Mersedes" şirkəti ilə birgə istehsal edir. Burda "G-Vagen"lə yanaşı, "S-klass" modelinin bənzəri də istehsal olunur.

4. DFSK Lodhopper Vinou Van (Orijinalı – BMV 2 – Seriyez)

BMV-nin dizaynı uzaqdan diqqəti cəlb edir və çoxlarının zövqünü oxşayır. Görünür, bu dizayn çinlilərin də ürəyincədir. Yoxsa böyük radiator barmaqlıqları nəyə lazımdır?

5. Çeri QQ (Orijinalı – Deyvu Matiz/ Şevrolet Spak)

Sənaye aləminin ən böyük plagiatlarından biri də "Deyvu Matiz" markasının eynisi olan QQ avtomobilləridir. Avtomobillərin dizaynı o qədər eynidir ki, orijinal "Matiz"in qapıları QQ avtomobillərinə uyğun gəlir.

6. Lifan 320 (Orijinalı – Mini Kuper)

Yeni "Mini" modellərin get-gedə bahalaşmağa başlaması Çinin "Lifan" şirkətini 320 modellərini istehsal etməyə həvəsləndirdi. İndi "Mini" modellərinin eynisini cəmi 6 min dollara almaq olar.

7. Bamin (Orijinalı – Mersedes-Benz W123)

"Bamin Automobayl" Çin ordusuna aid olan avtomobil istehsalçısıdır. Bu şirkət 1980-ci illərdə çoxsaylı W123 modelləri istehsal edib. Bu maşınlar "Mersedes"in eynisi hesab olunur.

8. Şuanquan SKEO (Orijinalı – Honda CRV, BMW X5)

SKEO şirkəti BMV-nin onu plagiat üstündə məhkəməyə verməsi ilə dünya şöhrətinə qovuşdu. Sözügedən avtomobil modelinin ön hissəsi eynilə "Honda CR-V", digər hissələri isə X5-lə eynidir.

9. Donqfenq Kreyzi Solce (Orijinalı – Hammer H1)

"Donfenq" şirkəti "Hammer"in plagiatı olan avtomobilə "Dəli əsgər" adını verib.

10. Cili Ge (Orijinalı – Rols Roys Fantom)

Cili şirkəti Britaniyanın əfsanəvi avtomobili olan "Rols Roys"un plagiatını yaradıb.

Tarix
2015.08.04 / 01:46
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Prezident və xanımı Şamaxıda açılışda...

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla