Yuxarı

Özünü idarə edən yük avtomobili - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özünü idarə edən yük avtomobili - Video

430 at gücünə malik yük maşınına 40 ton yük yüklənib. Avtomobilə yol boyu Daimler yük maşını və avtobusu departamendən Volfqanq Bernhard nəzarət edir.

Amerikaninsesi xəbər verir ki, onunla söhbət aparan isə sərnişin yerində oturan Baden-Vuertemberq ştatının baş naziri Vinfred Kretsçmandır. Baden-Vuertemberq sürücüsüz yük maşınına icazə verən ilk ştatdır.

Magistralda olduğun zaman sürücü sükana nəzarəti yük maşınına verir.

Volfqanq Bernhard: "Bu düyməyə basmaqla biz yola düşürük və dünyada ilk sınağı keçiririk. Baş nazir, buna icazə verirsizmi? Gəlin getdik."

Bir az sonra yük maşını A8 magistralında özbaşına saatda 80km sürətlə hərəkət edir. Yük maşınını polis maşını ilə birlikdə kameraya sahib başqa avtomobil də izləyir.

Bu o demək deyil ki, sürücü yata bilər. Yük maşınına nəzarət edən şəxs qaydalara ciddi riayət etməlidir.

Volfqanq Bernhard: "Mən arxaya, ətrafa dönməməliyəm. Nəqliyyata nəzarət etməliyəm. Lakin əllərimi sükandan çəkə bilərəm. Gördüyünüz kimi,sükan rahat hərəkət edir və avtomobil yoluna davam edir."

Radar və bir neçə video kamera və sensorlar davamlı yolun vəziyyətinə nəzarət edir. Əks halda avtomobil sürücüdən sükana keçməsini istəyəcək. Əgər o bunu etməsə maşın avtomatik yavaşılayıb dayanacaq.

Daimler şirkəti bildirir ki, bu yük avtomobili sürücülərinə monoton şəkildə sürərək yola davam etməməsinə və trafik tıxaclarında dayanıb-getmək kimi hallarda kömək edəcək.

Şirkət ümid edir ki, 2020-ci ilədək bu cür nəqliyyat vasitələri üçün lazımı qanunlar hər yerdə qüvvəyə minəcək.

Tarix
2015.10.17 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

Ceyhun Bayramov Yaponiyaya getdi

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla