Yuxarı

Ucuz təyyarə bileti almağın yolları

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyyarə biletinin ucuz başa gəlməsini istəyirik.

Əsas pulunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləməyi kim istəməz ki?

Ucuz bilet axtarışını bir neçə saytda etmək olar. Bu aviaşirkətlərin saytları da ola bilər: THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də). skyscanner.com, opodo.com, edreams.com, skycheck.com, tripadvisor.com kimi ucuz bilet satan saytlar da bələdçilik edə bilər.

Gediş-gəliş cəmi 60 avro

Bizimyol.info seyahetciblog.wordpress.com-a istinadən xəbər verir ki, 2014-cü ilin oktyabrına qədər Macarıstanın WizzAir aviaşirkəti Bakı-Budapeşt reysini həyata keçirirdi. Uçuşlar ucuz idi. 2013-cü ildə Bakı-Budapeşt-Bakı reysinə 60 avro ödəmişdim. Sonra Bakıdan Avropaya ən ucuz çıxış olan bu reys bağlandı. Ancaq biz yenə həmin şirkətin ucuz xidmətindən yararlana bilərik. WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

WizzAir-lə Kutaisi-Budapeşt reysinin qiyməti 130 avro, həmin günə AZAL-ın Bakı-Budapeşt reysinin qiyməti isə 415 manatdır. Turistdən fərqli olaraq, səyahətçiyə lüks təyyarə, bahalı yemək-içmək lazım deyil. Ona görə Kutaisidən uçmaq sərfəlidir. Bakıdan Kutaisiyə getməyə isə 15,50 manat bəs edir.

Çətini Avropa ölkələrindən birinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər ucuz başa gələcək.

Qeyd: Biletin ucuz olması üçün:

– Uçuşdan minimum 60 gün öncə alınmalıdır;
– Həftə içi uçuşlarını seçmək lazımdır;
– Uçuş gecə yarısından sonra olmalıdır.

Avropanın ən ucuz aviaşirkətləri bunlardır:

RyanAir (http://www.ryanair.com);
EasyJet (http://www.easyjet.com);
German Wings (http://www.germanwings.com);
WizzAir (http://wizzair.com);
Corendon (http://www.corendon.com);
Vueling (http://www.vueling.com).

Bütün bunların köməyilə sən təyyarə biletini ucuz əldə edib, büdcənin böyük hissəsini digər əyləncələrə və ya gələcək səyahətlərə ayıra bilərsiniz.

Seyahetciblog

Tarix
2015.10.26 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla