Yuxarı

ADİU tələbələrindən yeni tətbiq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADİU tələbələrindən yeni tətbiq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantının iki layihəsi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrand müsabiqəsinin qalibi olub.

Universitetdən Axar.az-a verilən məlumata görə, menecment ixtisası üzrə təhsil alan magistrant Zülfüqar İsmayılzadənin təqdim etdiyi "SoSmart" və "Vatto" (Whatto) layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda görüləcək.

"SoSmart" layihəsi yerindən və vaxtından asılı olaraq telefonu avtomatik səssiz və ya titrəmə rejimlərinə keçirən mobil tətbiqdir. "SoSmart"ın əsas xüsusiyyəti onun təhsil sisteminə tətbiq olunmasından ibarətdir. Tələbə və şagirdlər təhsil müəssisələrində olduqda dərs cədvəlinə uyğun olaraq telefonları avtomatik səssiz və ya titrəmə rejiminə keçəcək. Bunun üçün istifadəçinin öncədən dərs cədvəlini mobil telefonuna yükləməsi lazımdır.

Bununla da telefon zəngi vasitəsilə tələbə və şagirdlərin dərs vaxtı diqqətinin yayınması problemi aradan qaldırılacaq. "SoSmart"ın əsas texnolojı yeniliyi onun geo-lokasiya üzərindən mobil telefonu idarə etməsindən ibarətdir. Demək olar ki, bütün smartfonlarda GPS funksiyası vardır. Mobil tətbiqdə məhz bu funksiyanın köməkliyi ilə yer təyin edilir. Gələcəkdə tətbiqə yeni funksiyalar da əlavə ediləcək.

"Vatto" layihəsi isə istifadəçinin qarderobunu bir yerə toplayan və gündəlik geyimini təyin edən mobil tətbiqdir. Proqram istifadəçiyə həftənin günləri, iş görüşləri, tədbirlər və hava şəraitinə uyğun geyim formasını təqdim edəcək. Bunun üçün istifadəçi öncədən qarderobunda olan geyimlərinin fotosunu çəkib proqrama daxil etməlidir. Mobil tətbiq geyimlərin rəngini və görünüşüni də nəzərə alacaq.

Qeyd edək ki, "Vatto"nun məqsədi insanların hər gün səliqəli, gözəl görünməsinə yardım etməkdir.

Tarix
2016.02.02 / 15:48
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla