Yuxarı

Azərbaycanda qeyri-adi avtomobil hazırlandı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda qeyri-adi avtomobil hazırlandı - Foto

Masallı sakini qeyri-adi maşın düzəldib.

Report-un məlumatına görə, rayonun Türkoba kənd sakini Oktay Rzayev Rusiya və Almaniya istehsalı olan bir neçə avtomobilin ehtiyat hissələrində dəyişiklik edərək yeni avtomobil hazırlayıb. Hazırda avtomobil üzərində son tamamlanma işlərini apardığını deyən həvəskar avtomobil konstruktoru O.Rzayev avtomobilə nə qədər vəsait xərclədiyini hesablamasa da, bundan sonra 6 000 manata ehtiyac olduğunu bildirib:

"Yeni maşının iki qapılı, idman üslubunda və üstü açıq olması nəzərdə tutulub. Lakin avtomobilin üstünü istənilən vaxt bağlayıb, açmaq mümkün olacaq. Maşının qapıları adi formada deyil, yuxarı-aşağı və horizantal şəkildə hərəkət etdirilməklə avtomatik açılıb bağlanacaq. Avtomobilin mühərrikində də dəyişiklik olununb və 200-220 at gücünə uyğunlaşdırılıb. Yanacaq sərfiyyatı isə 100 kilometrə 9 litr nəzərdə tutulub".

Qeyd edək ki, O.Rzayev atası ilə birlikdə çalışdığı təmir sexində avtomobil hissələrinin xüsusiyyətini və iş prinsiplərini öyrənib. O, 1990-cı ildən başlayaraq bir neçə avtomobil modeli üzərində işləyib. Son hazırladığı avtomobilə "TOTAz" adını verib.

Tarix
2016.03.14 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla