Yuxarı

Bakıda avtobusların hamısı elektrik olacaq - Bu tarixdə

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda avtobusların hamısı elektrik olacaq - Bu tarixdə

Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində "yaşıl nəqliyyat" siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib:

“Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafına ciddi ehtiyac var. Bu istiqamətdə Azərbaycan qətiyyətlə irəliləyir”.

R.Nəbiyev Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə öhdəliklərindən bəhs edərək bildirib ki, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı hədəfləyib. Onun sözlərinə görə, bu məqsədlə Bakı şəhəri üçün Mobillik Transformasiya Proqramı hazırlanıb:

"Bu proqram çərçivəsində hər bir aktiv mobil vətəndaş üçün iqlim və yol hərəkəti ilə bağlı emissiyaların 2030-cu ilə qədər 0,6 metrik ton CO2 səviyyəsinə qədər azaldılması planlaşdırılır. Ən müasir texnologiyaları və insan mərkəzli yanaşmanı birləşdirərək Azərbaycan daha "yaşıl" və daha bağlı gələcəyə doğru irəliləyir”.

Nazir proqram çərçivəsində görülən konkret tədbirlər haqqında da məlumat verib: "Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması nəzərdə tutulur və artıq bunun 30 kilometrdən çoxu istifadəyə verilib. İctimai nəqliyyatın əhatə dairəsinin əhalinin 90 %-nə çatdırılması əsas prioritetlərdəndir".

O bildirib ki, elektrik avtobus parkının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb: "Son dövrdə parka 160 elektrik avtobusu əlavə edilib və 2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir".

R.Nəbiyev nəqliyyat sahəsində innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini də vurğulayıb: “Qısa müddət ərzində Bakının "rəqəmsal əkizini" yaratmağa nail olmuşuq. Bu rəqəmsal platforma bütün fəaliyyətlərimizdə məlumat əsaslı qərarların daha effektiv şəkildə qəbul edilməsinə imkan yaradır”.

Azərbaycanın bu təşəbbüsləri, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı nəqliyyat sistemi qurulması istiqamətində qlobal səviyyədə nümunəvi addımlardır, nazir bildirib.

Tarix
2024.11.20 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla