Yuxarı

350 manata milli traktor - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
350 manata milli traktor - Foto

Qobustan sakini Famil Şıxəliyev hazırladığı traktorla görənləri heyrətləndirib.

Axar.az Region TV-yə istinadən məlumat verir ki, fərqli dizayna malik bu texnikanın bir çox özəllikləri var. Əsas özəlliyi isə yanacaq sərfiyyatıdır. Belə ki, traktor 100 km məsafəyə 2 litr benzin işlədir. Özünün də dediyi kimi, traktorun hazırlanmasına çox pul xərcləməyib - cəmi 350 manata başa gəlib.

O, əvvəlcə hazırlayacağı texnikanın detallarını toplayıb, zəruri avadanlıqdarı əldə etdikdən sonra qolunu çırmalayaraq işə başlayıb. Hələ o vaxt konstruktorun bu ideyanı gerçəkləşdirə biləcəyinə çoxları inanmırdı.

Saatda təxminən 60 kilometr qət edən traktorun hazırlanmasına cəmi 20 gün vaxt sərf edib. 2 nəfər üçün nəzərdə tutulan traktorun yükgötürmə qabiliyyəti təxminən 500 kq-dır. Əsasən, "VAZ" markalı maşının hissələrindən yığılan texnikaya indi tələbat yüksəkdir. Elə qəhrəmanımız da deyir ki, onun məqsədi təsərrüfat işlərində fermerlərə yardımçı olmaqdır, ancaq hələlik unikal traktoru satmaq fikri yoxdur.

İndiki vəziyyətdə ot, taxıl məhsullarının daşınması üçün nəzərdə tutulan bu texnikanı təkmilləşdirməyi qarşısına məqsəd qoyan gənc ixtiraçı daha çox funksiyaları olan yeni bir texnika hazırlayacağını deyir.

Tarix
2016.05.28 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Evindən çamadanlarla dolu milyonlar çıxdı, ört-basdır etdilər

Bu halda heç kim bizə bata bilməz! - Prezident

Onların hər biri böyük bir dünyadır - Prezident

Çalışacağıq ki, bütün lazımsız söz-söhbətlər yığışdırılsın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla