Yuxarı

Avtomobil alanların diqqətinə: aldadıla bilərsiniz

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobil alanların diqqətinə: aldadıla bilərsiniz

Avtomobillərin qiymətlərini süni şəkildə artırmaq üsullarından biri də onun kilometrajının geri çəkilməsi, yəni yürüş məsafəsinin azaldılmasıdır. Ustalar hesab edirlər ki, geri çəkilmiş kilometraj təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır. Bəs, avtomobil alan şəxs belə hallarla üzləşməmək üçün nə etməlidir?

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi avtomobillərin VİN kodu var, amma yoxlananda heç bir məlumat çıxmır.

Xaricdən gətirilib ölkəmizdə satılan bəzi avtomobillərdə belə problem aşkarlanır.

Ustalar deyirlər ki, bəzi işbazlar uzun müddət istifadə edilən, vuruğu olan avtomobilləri rahat satmaq üçün bu üsuldan istifadə edirlər. Belə hallara ən çox da ABŞ və Cənubi Koreya bazarından satış məqsədilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib kilometrajını azaltmaqla satışa çıxarırlar. Hətta 15-17 dollar ödəyərək avtomobilin keçmişini də sildirirlər ki, alıcı məsələdən xəbərsiz qalsın.

Avtomobil elektriki Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin keçmişi ilə bağlı məlumatlar bir çox saytlardan silinsə də, servisində qalır. Xaliq Əliməmmədov deyir ki, xüsusi texniki müayinədən sonra bəzi avtomobillərin kilometrajının nə qədər geri çəkildiyini müəyyən etmək mümkündür.

Ustalar bildirirlər ki, avtomobilin yürüş məsafəsinin böyük olması gələcəkdə texniki problemlərin ortaya çıxa biləcəyindən xəbər verir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər kilometrajı saxta yolla geri çəkməyə və maşının qiymətini artırmağa çalışırlar. Odur ki, avtomobil alarkən bu nüansların yoxlanılması vacibdir.

Tarix
2025.04.06 / 00:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla