Yuxarı

DİN-dən vətəndaşlara müraciət – Bakı-2015

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən vətəndaşlara müraciət – Bakı-2015

Daxili İşlər Nazirliyi (DİN) I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək tamaşaçılara özləri ilə hansı sənədləri götürmələri və hansı əşyalardan istifadədən imtina etmələrinə dair tövsiyələr verib.

Trend xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baqişev İTV-yə açıqlamasında deyib ki, ilk Avropa Oyunları zamanı tamaşaçıların, eləcə də iştirakçıların təhlükəsizlyinin təmin edilməsi məqsədi ilə biletlə yanaşı şəxsiyyət vəsiqələrini də gətirməlidirlər. Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən toplaşmaları tövsiyə olunur: "Tamaşaçılar "ekspress" avtobuslarına minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq. Sonra həmin tamaşaçılar turniketlərdən keçəcəklər, bu zaman onlar əllərində olan bileti və şəxsiyyət vəsiqələrini turniketin üzərində olan xüsusi yerə yaxınlaşdıraraq içəri daxil ola biləcəklər. Sonra tamaşaçılar xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar".

Ə.Baqişev tamaşaçılara qadağan olunmuş əşyaları özləri ilə götürməməyi məsləhət görüb: "Bunlar əsasən partlayıcı, tezalışan maddələr, priotexniki məhsullar, kəsici-deşici alətlər, şüşə qablarda olan hər hansı maye, iri həcmli çantalar və irihəcmli digər əşyalar stadiona buraxılmayacaq. Qadağan olunmuş əşyaların siyahısı tamaşaçılara satılan biletlərə qoşma şəkildə əlavə olunub".

Qeyd edək ki, I Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşlarından ibarət 25 min qüvvə cəlb olunub. Yarış və qeyri-yarış obyektləri, qonaqların qalacağı mehmanxanalar nəzarətə götürülüb, nəzarət-müşahidə kameraları quraşdırılıb, hərəkət marşrutu üzrə təhlükəsizlik tədbirləri həyata keçirilib.

Tarix
2015.06.05 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla