Yuxarı

Ukrayna da təkzib etdi: "Bakıda dava olmayıb"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna da təkzib etdi: "Bakıda dava olmayıb"

Ukrayna Milli Olimpiya Komitəsi bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda Bakı-2015 I Avropa Oyunlarının Atletlər Kəndində ukraynalı idmançılarla Rusiya yığmasının üzvləri arasında hər hansı qalmaqalın baş vermədiyi bildirilir.

Qeyd olunur ki, Avropa Oyunlarında iştirak edən Ukrayna yığmasının heç bir üzvü insidentdə iştirak etməyib: "Bakıda keçirilən I Avropa Oyunlarında çıxış edən Ukrayna millisinin qərargahı bəyan edir ki, ukraynalı idmançıların davada iştirakı ilə bağlı Azərbaycanın elektron nəşri "haqqın.az"da peyda olan, sonradan Ukrayna və xarici KİV-lərdə dərc edilən xəbər həqiqəti əks etdirmir. Avropa Oyunlarının Təşkilat Komitəsi, Ukraynanın Azərbaycandakı səfirliyi, Azərbaycanın səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən belə münaqişə ilə bağlı heç bir fakt qeydə alınmayıb".

Xatırladaq ki, az öncə Avropa Oyunlarında iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov da dava ilə bağlı yayılan xəbəri yalanlamışdı.

Tarix
2015.06.12 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla