Yuxarı

10 dini icmaya maliyyə yardımı ayrıldı - Foto

Ana səhifə Digər Din
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 dini icmaya maliyyə yardımı ayrıldı - Foto

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durum barədə toplantı iştirakçılarına geniş məlumat verib, Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Səyyad Salahlı dövlətin daim dindarların və dini icmaların yanında olduğunu, mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığını vurğulayıb. O bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, İslami, eləcə də milli-mənəvi dəyərlərimizin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Səyyad Salahlı icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib və bu sahədə dini icmaları daha fəal olmağa çağırıb. O, dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Maliyyə vəsaiti ayrılan Tərtər rayonu "Cümə" məscidi dini icması, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi "İmam Rza" məscidi dini icması, Hacıqabul rayonu Qubalıbalaoğlan kənd məscidi dini icması, Abşeron rayonu Saray qəsəbəsi "Cümə" məscidi dini icması, Qazax rayonu Çaylı kəndi "Səxavət" məscidi dini icması, Qax şəhər məscidi dini icması, Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi "Rəhimə xanım ziyarətgahı" məscidi dini icması, Bərdə şəhəri "İmamzadə" məscidi dini icması və Şəki rayonu Cunud kənd məscidi dini icması ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirəcəklər və yerlərdə keçirəcəkləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 141 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 122-i isə İslam dini icmasıdır.

Tarix
2016.11.23 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla