Yuxarı

13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?

Ana səhifə Digər Din
12 Punto 14 Punto 16 Punto 18 Punto
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?

Müsəlman ölkələrində terror törədənlər İslam adı altında fəaliyyət göstərən və bəzi dairələrin maliyyələşdirdikləri qruplardır. Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa hər zamankından daha çox ehtiyac var.

Report xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, bu yol dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir: "Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsə dözümlü, bərabər yanaşan toplumlar olduğunu çatdırmağa ehtiyac duyulur".

Dövlət Komitəsinin sədri deyib ki, Sovet İttifaqı dağılarkən Azərbaycanda 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötüb: "Təkcə son 13 il ərzində ölkədə 200-dan çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb".

M.Qurbanlı əlavə edib ki, bu gün beynəlxalq aləmdə özünəməxsus yer tutan və İslam Əməkdaşlıq Təşkilatında birləşən müsəlman ölkələri dünya əhalisinin təqribən 22 faizini təşkil edir. Onun sözlərinə görə, bu göstəricinin 2050-ci illərdə 30 faizə yaxınlaşacağı ehtimal olunur: "Bu isə onu göstərir ki, İslam faktoru dünya siyasətində çox ciddi rol oynayır. Tarixən İslam dünyasının bir parçası, mədəni və dini mərkəzlərindən biri olan Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz müxtəlif məsələlərlə əlaqədar müsəlman dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir".

Tarix
2017.01.18 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla