Yuxarı

Varis Rusiyada "İlin yazıçısı" elan olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Varis Rusiyada "İlin yazıçısı" elan olundu - Foto

Azərbaycan ədəbiyyatını beynəlxalq miqyasda layiqincə təmsil edən yazıçı Varis növbəti uğura imza atıb.

Kult.az xəbər verir ki, o, Rusiyanın nüfuzlu “Rossiyskiy kolokol” ədəbiyyat jurnalının versiyası üzrə “İlin yazıçısı” elan olunaraq 2018-ci il Rusiya ədəbi mükafatına layiq görülüb.

Yazıçımız diplom və laureat medalı ilə təltif olunub. 2019-cu ildə Varisin romanlarından biri yüksək tirajla "Rossiyskiy kolokolun kitabxanası" seriyasından çap olunacaq.

Qeyd edək ki, "Rossiyskiy kolokol" hazırda Rusiyanın ən yüksək tirajla çıxan ədəbiyyat jurnalıdır (20000 nüsxə). İl ərzində jurnalın bir neçə kağız və elektron almanaxları da işıq üzü görür. Jurnal Rusiya ilə yanaşı, Almaniya, Fransa, İsrail, İspaniya, Bolqarıstan, Serbiya və s. ölkələrdə yayılır, Böyük Britaniyada isə ingilisdilli variantı çap olunur.

"Rossiyskiy kolokol"un baş redaktoru həm də "Literaturnaya qazeta"nın baş redaktoru Mixail Zamşevdir.

Tarix
2018.12.19 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla