Yuxarı

Təhlükəli Feysbuk virusundan necə xilas olmalı? - Ekspert

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhlükəli Feysbuk virusundan necə xilas olmalı? - Ekspert

"Feysbukda istənilən oyunu oynamaqdan çəkinin və maksimum dərəcədə diqqətli olun. Bu, güman etdiyimiz qədər də sadə problem deyil".

Bu sözləri Axar.az-a proqramçı Sadiq Mirzəyev son günlər Feysbukda geniş yayılmış virus və spamlardan istifadəçinin özünü qoruması ilə bağlı məsələləri şərh edərkən söyləyib.

O, hazırda Feysbuk viruslarının bir çox növünün mövcud olduğunu bildirib:

"Ümumiyyətlə, Feysbuk virusları təhlükəli linklər və saxta spam mesajlar vasitəsi ilə yayılır. Bu mesajlar adətən aldadıcı şəkildə olur və istifadəçinin marağını artırır. İstifadəçi bu linkləri tıklayarkən həmin virus onun kompüterinə yoluxaraq işə düşür. Nəticədə virus onun adından digər istifadəçilərə göndərilir.

Bu virusların yayılmasının başqa yolu isə qeyri-qanuni (lisenziyasız) və ya hak edilmiş (sındırılmış) proqramlara icazə verdiyimiz anda kompüterimizə yoluxmasıdır. Hazırda bir çox Feysbuk virusu mövcuddur. Buna misal olaraq: Uşaq pornosunu izlə, Feysbuk profilinin rəngini dəyişdir, Feysbuk dostluq təklifi, Feysbuk avtomatik divar yazısı virusu, Feysbuk mesaj virusu və s. virus növlərini göstərə bilərəm. Bu viruslardan qorunmaq üçün ilk növbədə bu virusları yayan linklərə tıklamamalıyıq. Əgər siz dostunuzdan gələn hər hansı bir mesajdan şübhələnirsinizsə, o linkə tıklamazdan öncə ona mesaj yazaraq dəqiqliyinə əmin olun. Feysbukda istənilən oyunu oynamaqdan çəkinin və ya maksimum diqqətli olun. Çünki bu vasitələrlə sizin həm kompüterinizə virus yayıla bilər, həm də ən pis halda hesabınız oğurlana bilər. Bu vasitə ilə virus yoluxubsa, şifrənizi dəyişdirməlisiniz. Hazırda bazarda bir cox brauzer var. Mən şəxsən "Quql xrom"a üstünlük verirəm. Həm sürətlidir, həm də geniş istifadə imkanları var. Onu da bildirim ki, bəzi Feysbuk viruslarını brauzer ayarlarından silmək mümkündür".

Tarix
2015.02.11 / 10:06
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla