Yuxarı

Gənclər dördtəkərli velosiped düzəltdilər – Foto

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclər dördtəkərli velosiped düzəltdilər – Foto

Azərbaycanlı gənclər ilk dəfə olaraq dördtəkərli velosiped ixtira ediblər.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, gənc ixtiraçılar bir neçə ay öncə bu təşəbbüsü həyata keçirməyi qərara alıblar. Nəhayət, onlar digər avtomobillərin və ikitəkərli velosipedlərin ehtiyat hissələrinin köməyi vasitəsi ilə arzularını reallaşdırıblar.

Göyçay rayon Qaraman kənd sakini, 1999-cu il təvəllüdlü Mustafayev Qədirin sözlərinə görə, onlar bu velosipedi tam hazır vəziyyətə gətirənə qədər bir aydan çox vaxt sərf ediblər. Gənc ixtiraçı bildirib ki, velosiped saatda 20-30/km sürətlə hərəkət edə bilir. Bundan əlavə, bu velosipedi digər velosipedlərdən fərqləndirən əsas cəhətlərdən biri də onun rahatlıqla dörd nəfəri daşımasıdır.

Digər ixtiraçı, Qaraman kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Cavadov isə deyir ki, onlar gələcək zamanlarda düzəltdikləri bu velosipedə işıq və mühərrik sistemi quraşdıraraq daha da təkmilləşdirməyi düşünürlər. F.Cavadov əlavə edib ki, bu velosipeddən bir neçəsini də sifariş ilə hazırlaya və satışa çıxara bilərlər.

Tarix
2020.09.16 / 17:25
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla