Yuxarı

Əliyevlə Paşinyanın görüşü məxfi şəraitdə hazırlanıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə Paşinyanın görüşü məxfi şəraitdə hazırlanıb

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş son dərəcə məxfi şəraitdə hazırlanıb. Bu haqda xəbər yalnız iki gün əvvəl Vaşinqtondakı dairələr tərəfindən sızdırılıb. Hiss olunurdu ki, işin içində olan Bakı və İrəvan bununla bağlı xəbərin vaxtından əvvəl yayımlanmasında maraqlı olmayıb. Səbəbi bəllidir. Rusiya və İran kimi qonşuları olan Cənubi Qafqaz ölkələrinin Vaşinqtonla isti münasibətləri Moskva və Tehranda qıcıq oyadır və hər ikisinin pozuculuq fəaliyyəti bəllidir.

Axar.az xəbər verir ki, bu sözləri politiloq Elxan Şahinoğlu bildirib.

“Buna baxmayaraq, Bakı və İrəvan Vaşinqtonda görüşün keçirilməsinə və Ağ Ev sahibinin iştirakı ilə sülh sazişinin paraflanması imkanına etiraz etməyiblər. Çünki Vaşinqtonun siyasəti ilə bağlı müəyyən suallar olsa da, Rusiya və İranın regional siyasəti ilə bağlı sualların sayı daha çoxdur. Kreml və Tehran Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə hələ reaksiya verməyiblər, yəqin görüşün nəticəsini və ABŞ paytaxtında nəyin imzalanacağını gözləyirlər. Bütün hallarda Moskva və Tehranın Vaşinqtonun regional təşəbbüslərinin qarşısını alması çətinləşib. Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürmək təklifinə razılaşsa, Moskva və Tehran bunun qarşısını yalnız Ermənistanda çevriliş etməklə ala bilər”, - o bildirib.

Tarix
2025.08.06 / 16:28
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla