Yuxarı

Azərbaycan Rusiyadakı bu müsabiqəyə qatılmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Rusiyadakı bu müsabiqəyə qatılmayacaq

Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya" müsabiqəsində iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarının sosial şəbəkələrdə yaydıqları məlumatda bildirilib.

Qeyd olunub ki, BƏƏ də mahnı müsabiqəsində iştirak etməyəcək. Səbəb kimi daxili vəziyyət və hazırlıq üçün vaxt çatışmazlığı göstərilir.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi "İnterviziya"da iştirak edəcək ölkələrin siyahısını dərc edib.

Bu gün keçirilən mətbuat konfransında Rusiya XİN-in Çoxtərəfli Humanitar Əməkdaşlıq və Mədəni Əlaqələr Departamentinin direktoru Aleksandr Alimov tədbirdə 21 ölkənin iştirak edəcəyini bildirib.

"Təəssüf ki, dəvət etdiyimiz bütün ölkələrin heç də hamısı iştirak etməyəcək", - o qeyd edib.

Tarix
2025.08.20 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla