Yuxarı

Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi

Azərbaycan, Türkmənistan və Özbəkistan regional və qlobal miqyasda sülhün, sabitliyin, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsi istiqamətində uzunmüddətli kursun sarsılmazlığını təsdiqləyir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun avqustun 22-də Türküstanda keçirilən üçtərəfli sammitin yekunları üzrə qəbul etdikləri birgə bəyanatda deyilir.

Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qarşılıqlı əməkdaşlığın üç xalqın çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ruhunda davam etdiriləcəyi qeyd olunur.

Tərəflər ən yüksək və yüksək səviyyədə sıx təmasların davam etdirilməsinin, üç ölkənin xarici siyasət fəaliyyətində qarşılıqlı fəaliyyətin və müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Liderlər həmçinin beynəlxalq və regional təşkilatlar, xüsusilə də BMT çərçivəsində dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini davam etdirmək barədə razılığa gəliblər.

Tarix
2025.08.23 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla