Yuxarı

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...

Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) təsis toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin məktubu oxunarkən başını aşağı salıb dinləmişdi.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Alxas Qazaryan deyib.

Deputat xatırladıb ki, Azərbaycan liderinin bəyanatını Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev oxuyub.

“Sərkisyanın Nazarbayevin Əliyevin məktubunu oxuyarkən başını aşağı əyərək, reaksiya vermədən dinləməsi hekayəsi...

Mənəvi-əxlaqi cəhətdən təslim olanda belə olur: başını aşağı salıb dinləyirsən və cəmi iki gün sonra partiya gəncləri ilə görüşdə verilən sualları ötəri cavablarla yola verirsən. İndi bu şəxs bu gün kapitulyasiyadan (Baş nazir Nikol Paşinyanın təslim olmasından) danışır”, - Qazaryan sosial media hesabında yazıb.

Xatırladaq ki, Aİİ-nin 2014-cü il mayın 29-da keçirilən təsis qurultayında Ermənistanın birliyə üzvlüyü müzakirə olunanda Nursultan Nazarbayev İlham Əliyevin məsələ ilə bağlı təsisçi ölkələrin rəhbərlərinə ünvanladığı məktubu oxuyub. Azərbaycan Prezidenti məktubda Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi, Ermənistanın Aİİ-yə qəbulunun yalnız beynəlxalq miqyasda tanınmış sərhədlərlə mümkünlüyünü vurğulayıb və bunun təsisçi dövlətlər tərəfindən nəzərə alınmasını istəyib.

Azərbaycan liderinin bəyanatı oxunarkən Serj Sərkisyanın bunu reaksiyasız və başını aşağı salaraq dinləməsi o zaman Ermənistanda müzakirə mövzusuna çevrilmişdi.

Tarix
2025.08.27 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla