Yuxarı

Lavrovun Bakı səfəri başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovun Bakı səfəri başladı

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri başlayıb.

APA-nın məlumatına görə, səfər işgüzar xarakter daşıyır. Səfər müddətində onun Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Görüşlər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.

Səfər sabah başa çatacaq.

Qeyd edək ki, S. Lavrov iyunun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub. Həmin səfər zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub.

İki gün öncə Azərbaycan prezidenti İlham Əliyev Varşavada keçirilən NATO sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyini xatırladaraq bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib.

Tarix
2016.07.11 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla