Yuxarı

Bakıda Fransa bayrağı endirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Fransa bayrağı endirildi

Nitsadsa törədilən terror aktı qurbanlarının xatirəsini yad etmək məqsədilə Fransanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə Report-a səfirlikdən məlumat verilib.

Qeyd edək ki, terror aktı qurbanlarına başsağlığı əlaməti olaraq bu gün Parisdə, Fransanın bir çox başqa şəhərlərində, eləcə də ölkə xaricindəki bir çox diplomatik missiyalarında bayraqlar endirilib.

Xatırldaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamının olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan irəliləyib, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.

Tarix
2016.07.15 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla