Yuxarı

Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq

Əgər Putin müharibədə Rusiyanın qalib gəldiyini düşünürsə, o zaman onlar qələbənin necə olmasına başqa cür baxırlar.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “YES-2025” forumunda çıxışında deyib.

“Qalib gəlsəydi, artıq Kiyevdə, Odessada olardı, Dneprdən keçərdi. Xeyr, Rusiya uduzur. Bəli, haradasa müvəqqəti üstünlük əldə edə bilər, bəzi əraziləri ələ keçirə, bir neçə mil irəliləyə bilər. Bu, başqa şeydir. Amma Rusiyanın itirdiyi, öldürdüyü və yaraladığı insanların sayına baxsanız, bir milyonu ötüb keçir. Əfqanıstan kampaniyasındakı itkiləri xatırlayırsınızsa, bunlar tamamilə fərqli rəqəmlərdir. Kiyevi ələ keçirməyə cəhd edən ilk bölmələri xatırlayın. Onlar artıq yoxa çıxıblar. İndi muzeylərdən tank götürməyə çalışırlar. Onlar sadəcə olaraq təslim ola bilmirlər, çünki ukraynalılar cəsarətlə döyüşürlər. Əgər Putin deyirsə ki, Rusiya qalib gəlir, onda Qərb ona sadəcə deməlidir: “Yox, səhv edirsən, heç də belə deyil”, - Kelloq bildirib.

O, bu barədə Prezident Donald Trampa da məlumat verdiyini vurğulayıb:

“Təxminən ay yarım əvvəl Oval kabinetdə Prezident Trampın oxşar sualına cavab verdim: “ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn qoy sizə cavab versin. Ondan soruşun”. Elə də etdilər. O da elə mənim kimi cavab verdi”.

Kelloqun sözlərinə görə, Putin bütün Donetsk, Xerson, Zaporojye vilayətlərini işğal etmək istəyib, amma bü, mümkünsüzdür:

“Bu, Rusiya tarixində insan həyatına və itkilərə tamamilə məhəl qoymayan ilk müharibə deyil. Amma nədənsə, Putin qalib gələcəyinə inanır və buna görə də görünür, atəşkəs və ya ciddi sülh sazişlərində maraqlı deyil”.

Tarix
2025.09.15 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla