Yuxarı

Azərbaycan ruslar üçün doğma vətəndir - Şilyayeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ruslar üçün doğma vətəndir - Şilyayeva

"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" III Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları proqram çərçivəsində İsmayıllıya, malakanların kompakt yaşadıqları İvanovka kəndinə səfər ediblər. On yeddi ölkədən olan gənclər respublikamızın digər bölgələrində, o cümlədən 1847-ci ildən burada məskunlaşan rusların yerli sakinlərlə qaynayıb-qarışdığının, Azərbaycandakı multikultural dəyərlərdən bəhrələndiklərinin bir daha şahidi olublar.

Yay məktəbinin iştirakçısı olan Rusiyanın Ural Federal Universitetinin magistri Yevgeniya Şilyayeva AzərTac-a deyib: "İvanovkalılarla, onların həyat tərzi, iş-gücü ilə tanış olduq. Folklor qrupunun çıxışı məndə gözəl hisslər yaratdı. İvanovkalılara öz milli adət-ənənələrini yaşatmaq üçün hər cür şərait yaradılıb. Gördük ki, Azərbaycan onlar üçün doğma vətən, azərbaycanlılar isə sevimli vətəndaşlardır".

"Birgə oxuduq, rəqs etdik, gözəl mədəniyyət evləri ilə tanış olduq. İvanovkalılar rus adət-ənənələrini yaşatsalar da, burada Azərbaycanın adət-ənənələrinin sintezini də görürük. Bu, əlbəttə, ölkənizdəki multikultural dəyərlərdən irəli gəlir. Bu mənada ölkənizi heç vaxt unutmayacağam", - deyə Yevgeniya Şilyayeva bildirib.

Tarix
2016.07.22 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla