Yuxarı

Mehdiyev işi: İnsanları şoka salan məlumatlar olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyev işi: İnsanları şoka salan məlumatlar olacaq

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev həbs edilib. O, uzun müddətdir, Rusiyanın ölkəmizdəki əsas adamı hesab olunurdu.

Ramiz Mehdiyevdən sonra onun “vəzifəsini” kim tuta bilər? Rusiya tərəfi bununla bağlı hansısa addımlar atacaqmı? Moskvanın Azərbaycanda yeni agentura şəbəkəsi yaratması mümkündür?

Axar.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov Globalinfo.az-a açıqlamasında Rusiya dairələrində Ramiz Mehdiyevə xüsusi hörmət olduğunu bildirib:

“Lakin bundan sonra ona ehtiyac olmayacaq. Rusiyanın belə yaşlı bir şəxslə bağlı addım atmasına nə ehtiyac var? Məncə, çox sayda, insanları şoka sala biləcək informasiyalar üzə çıxacaq. Bu, bir şəxsin edə biləcəyi əməllər deyil.

İstəyirəm ki, Azərbaycanda toxunulmaz hesab edilən bəzi məmurlar, nazirlər, biznesmenlər Mehdiyevin timsalında vəziyyəti düzgün analiz etsinlər. Onlar da bənzər taleni yaşaya bilərlər.

Ramiz Mehdiyev hadisəsi bir daha göstərir ki, Azərbaycanda heç kəs toxunulmaz deyil, qanun qarşısında hamı hesabat verməlidir. Bu mövzuda adı çəkilən şəxslər təkcə Ramiz Mehdiyevə bağlı olmayan, daha geniş maraqları olan şəxslərdir. Məsələn, Əli Həsənovun və digər şəxslərin adları hallanır”.

Ekspert deyib ki, son günlər Rusiya tərəfi xeyli fəallaşıb:

“Məsələn, Prezident İlham Əliyevin Vladimir Putini ad günü münasibətilə təbrik etməsindən və onların Düşənbədəki görüşündən sonra Rusiya Bakıdakı şəbəkəsini – Rus Evinin fəaliyyətini bərpa etmək məsələsini gündəmə gətirir. Fikrimcə, buna qətiyyən yol vermək olmaz.

Bu gün Rusiya həm ölkə daxilində, həm də xaricdə öz agent şəbəkələrindən fəal şəkildə istifadə edir. Azərbaycanda da müəyyən şəxslər var ki, Rusiyanın təbliğatını və narrativlərini burada yaymağa çalışırlar. Əlbəttə, Rusiya bu gün də, sabah da iradə baxımından zəif insanlardan faydalanmağa çalışacaq.

Bu səbəbdən Rusiyanın Ramiz Mehdiyevlə bağlı hər hansı addım atacağını gözləmirəm. Mehdiyevdən daha gənc, daha perspektivli, amma təsir altına düşə biləcək şəxslər tapmaq Rusiyaya çətin olmaz. Lakin düşünürəm ki, təhlükəsizlik orqanlarımız xoşagəlməz proseslərin qarşısını alacaqlar”.

Tarix
2025.10.16 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

Mehdiyevin həbsi ilə deputat partiyadan qovuldu... - Təsadüf?

Prezident yeni səfiri qəbul etdi - Foto

İlham Əliyev BMT rəsmisini qəbul etdi - Foto

Əhmədzadə ilə Mehdiyev işində əlaqə... - Millət vəkili

Mehdiyevin ən yaxın adamı danışdı: Özümə borc bilirəm

İlham Əliyev Qazaxıstana gedir

Erməni jurnalist Mehdiyevi belə müdafiə etdi - Foto

Azərbaycan bu ölkəyə ordu göndərir? – “Politiko”

Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla