Yuxarı

Ərdoğan-Putin görüşündə Qarabağ müzakirəsi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya prezidentlərinin çox yaxında bir araya gəlməsi, əslində, geniş və gündəmi dəyişəcək müzakirələrdən xəbər verir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Ərdoğan və Putinin gözlənilən görüşünü şərh edən sabiq dövlət müşaviri Dağlıq Qarabağ məsələsinin də müzakirələrdə yer alacağını bildirib:

"Tərəflər ən yüksək səviyyədə və qısa zamanda bir araya gələcəklər. Türkiyə Dağlıq Qarabağla bağlı prinsipial mövqe nümayiş etdirsə də, Azərbaycanın istədiyi əsas nəticənin əldə olunması üçün müəyyən zaman lazım olacaq. Ərdoğan və Putin münasibətlərin yeni dönəmini daha çox diqqətdə saxlayacaqlar. Düzdür, Dağlıq Qarabağ məsələsi və digər problemlər diplomatik müzakirələrdə əksini tapacaq, ancaq torpaqlarımızın azad olunması planı, eyni zamanda, Türkiyənin əsas oyunçu kimi prosesə qoşulması ilə bağlı ümumi qərarlar məhz bu görüşdə alınmayacaq. Bunun üçün zəmin formalaşsa da, əsas addım və detalların növbəti görüşlərdə müzakirəsi daha məqsədəuyğundur".

Politoloq belə bir həssas məqamda Türkiyənin Qarabağla bağlı daha ehtiyatlı davranacağını deyib:

"Yəni Türkiyə, lazım gələrsə, Qarabağ üçün Qarabağdan "vaz keçəcək". Türkiyədə artıq belə bir fikir formalaşıb ki, Azərbaycan torpaqlarından heç bir güzəşt edilə bilməz. Ankara, sadəcə, müəyyən müddət üçün düşünülmüş taktiki bir gediş edəcək. Çünki Rusiya fürsətcil bir ölkədir və indiki situasiyanın Moskva üçün əlverişli olması Rusiyaya Türkiyə ilə bağlı müəyyən məsələlərdə diktə edən tərəf imkanı yarada bilər. Ankara bu amili əldən verməyəcək. Bundan sonrakı görüşlərə qədər isə Türkiyənin əvvəlki vəziyyətinə qayıdacaq, hətta daha yaxşı olacaq. Üstəlik, Ankara-Moskva yaxınlığı kifayət qədər intensivləşəcək. Türkiyə məhz belə bir əlverişli şəraitdə Qarabağla bağlı hərəkətə keçəcək. Dağlıq Qarabağla bağlı həlledici görüşlər hələ qabaqdadır".

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Su-24 olayından sonra ilk dəfə Rusiyada avqustda bir araya gələcəklər.

Tarix
2016.07.25 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla