Yuxarı

Qiyamçıların B planı: Ərdoğana sui-qəsd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçıların ikinci - B planı üzə çıxıb.

Axar.az xəbər verir ki, B planı iyulun 18-də - Prezidentin Mühafizə Alayının quruluş günündə təşkil olunacaq tədbirdə həyata keçiriləcəkdi. Qiyamçılar tədbir zamanı dövlət nümayəndələrinə sui-qəsd edəcəkdi.

Məlumata görə, tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, TBMM sədri İsmail Qəhrəman, Türkiyə Müdafiə naziri Fikri İşıq da iştirak edəcəkdi.

Tədbir zamanı hərbi formalı qiyamçı ön sırada əyləşmiş dövlət nümayəndələrini güllələyəcəkdi. Daha sonra digər əsgərlər həmin sui-qəsdçini vuracaqdılar. Beləcə, "psixoloji vəziyyəti qaydasında olmayan bir əsgər dövlət nümayəndələrini öldürərkən digər əsgərlər tərəfindən vuruldu" yalanı ortaya atılacaqdı. Bununla da cinayətin planlı həyata keçirilməsi məsələsi sıradan çıxacaqdı.

Qeyd edək ki, Prezidentin Mühafizə Alayında da əməliyyat həyata keçirilib. Saxlanılan 300 əsgərdən 283-ü həbs edilib.

Tarix
2016.07.25 / 13:36
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla