Yuxarı

Göygöldə də hərbi sursatlar aşkarlandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Yeni Zod kəndində yerli sakinə məxsus həyətyanı sahədə partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, Agentlikdə yaradılmış xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 1859 ədəd müxtəlif növ sursat (7 ədəd – F1 əl qumbarası, 10 ədəd - UZRQM əl qumbarasının zapalı, 1 ədəd – VOQ-17 tüfəng qumbarası (ASQ), 1790 ədəd – 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd – 5-45 çaplı avtomat gülləsi və 1 ədəd - "Dyankov" əl qumbarası) aşkar edilərək, götürülüb və zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tapılan sursatların ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Tarix
2016.07.25 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla