Yuxarı

İlham Əliyev sərəncam imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılması və kütləvi informasiya vasitələrində dərc edilməsi qeyd olunub.

Ümumxalq səsverməsi 2016-cı il sentyabrın 26-na təyin edilib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına tapşırılıb ki, ümumxalq səsverməsinin bu Sərəncamda göstərilən tarixdə keçirilməsini təmin etsin. Nazirlər Kabinetinə isə referendumun maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Tarix
2016.07.26 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla