Yuxarı

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Kənd təsərrüfatı məhsullarını Rusiyaya aparmaq adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirməkdə ittiham olunan Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Abbas Həsənov ifadə verib.

O bildirib ki, Elnur Haxtari ilə 2021-ci ilə kimi tanışlığı olub. Onun sözlərinə görə, Elnur Haxtariyə verdiyi puldan 34 min 500 manatını geri alsa da, qalan pulu qaytarılmayıb.

Zərərçəkmiş deyib ki, əvvəllər gömrük idarəsində işləyib, Kamal Həsənovu da oradan tanıyıb: "Mənə Rusiyanın müxtəlif ərazilərinə meyvə-tərəvəz aparılması ilə məşğul olmağı təklif etdi. Bundan əvvəl brilyant alveri ilə məşğul olmuşduq. Bununla bağlı heç bir narazılığımız olmamışdı. Meyvə-tərəvəz işinə görə Kamal Həsənova 183 min 200 manat vermişəm. Ona xırda pullar da vermişəm. İstintaq o pulları borc kimi nəzərə alıb. 3 min bir, 2500 dollar da bir vermişəm.

Demişəm ki, bunu borc verdiyim hissədən nəzərə alınsın. Amma ziyanla bağlı olan hissədən nəzərə alınması barədə qərar verilib. Bununla razı deyiləm. Borc kimi qeyd olunan pulların da dələduzluq kimi qedyə alınmasını istəyirəm. Mənə ümumilikdə 200 min dollardan çox ziyan dəyib".

Zərərçəkmiş şəxsin sözlərinə görə, digər təqsirləndirilən Ələkbər Quliyevi birgə işə qəbul etməyi Kamal Həsənov təklif edib: "Mən onun bu təklifinə əvvəl etiraz etdim. Amma Kamal dedi ki, Ələkbər işə qoşulsa, işimiz daha yaxşı olacaq. Sonra israr edəndə Ələkbərin Rasim adlı tanışını tapdım, onun vasitəsi ilə Ələkbərlə görüşdüm. Türkiyəyə tikinti məhsulları satmaq barədə razılaşdıq. Kamal dedi ki, bu iş də yaxşı olacaq. Mən ona 49 min dollar verdim. Sonra mənə cəmi 18 min 500 dollar qaytardılar".

Növbəti proses noyabrın 25-də davam edəcək.

Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məsuliyyətə cəlb olunublar.

Cinayət işi üzrə üçnəfər zərərçəkmiş qismində tanınıb. Onların hər üçü iş adamı olub.

Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2025.10.28 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

Ramiz Mehdiyevin məktubuna İsa Qəmbərin reaksiyası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla