Yuxarı

Monteneqroda saxlanılan azərbaycanlılarla bağlı müraciət...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Monteneqroda saxlanılan azərbaycanlılarla bağlı müraciət...

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir neçə Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı monteneqrolu həmkarı Sinişa Bjekoviçə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, müvəkkil monteneqrolu həmkarına müraciət edərək, məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin edilməsini xahiş edib.

Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.

Səbinə Əliyeva həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub.

Tarix
2025.10.29 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycana qarşı Frunze ssenarisi hazırlayır - Şok iddia

Azərbaycanlı milyarderə ağır zərbə - Gözlənilməz proses...

17 yaşlı gəlinin ölüm səbəbi açıqlandı - Rəsmi

Azərbaycan bu konvensiyaya qoşuldu - Sərəncam

Putinlə Əliyev onların həbsini müzakirə edib - Kreml

MM-də beynəlxalq parlament konfransı keçirildi

İlham Əliyevin Serbiyaya səfəri gözlənilir

Natalya Petkeviç Füzuliyə getdi - Foto

Mehriban Əliyeva Türkiyəni belə təbrik etdi - Foto

Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla