Yuxarı

İrəvanda atışma: 3 nəfər yaralandı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:56

İrəvanda ələ keçirilmiş polis idarəsinin yaxınlığında xüsusi xidmət orqanları 30 nəfəri saxlayıb.

Axar.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, polis həmçinin Serj Sərkisyanın istefasını tələb edən plakatları da sındırıb ayaq altına atıb.

Qeyd edək ki, bundan öncə Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan İrəvandakı polis binasını ələ keçirən qruplaşma üzvlərindən ikisinin təslim olduğunu bildirib.

***

Dünən gecə İrəvanda onlarla etirazçının həbsi zamanı polislə toqquşma olub.

Axar.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, toqquşmanın baş verməsinə əsas səbəb müxalif qüvvələrin polisin təyin etdiyi ərazidə mitinq keçirmək istəməməsidir. Bundan sonra müxaliflər şəhərin mərkəzinə axın ediblər.

Etiraz aksiyası Ermənistan polisi və Milli Təhlükəsizlik Xidmətinin qarşısında davam edib. Etirazçılar İrəvan Polis İdarəsini tutan qiyamçılara dəstək nümayiş etdiriblər.

Gecə həmçinin qiyamçılarla polis arasında atışma da olub. Nəticədə qiyamçıların əsas liderlərindən biri olan Pavel Manukyan və oğlu Aram yaralanıb. Xəsarət alanlar arasında bir polis də olub ki, onu da hazırda xəstəxanaya yerləşdiriblər. Qiyamçılar həmçinin yaydıqları bəyanatda hücumun polis tərəfindən həyata keçirildiyini və öz tərəfdarlarından 4-nün oğurlandığını bildiriblər.

Qeyd edək ki, bundan öncə Ermənistan polisi iki qiyamçının təslim olduğunu açıqlayıb.

Tarix
2016.07.27 / 11:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla