Yuxarı

Türkiyə və Rusiya ilə bağlı iki mühüm məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünmürəm ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması "Türk axını" layihəsini yenidən gündəmə gətirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Türkiyənin Rusiya ilə barışması fonunda iki ölkənin ortaq layihəsi olan "Türk axını"nın yenidən gündəmə gəlmə ehtimalını şərh edən ekspert hesab edir ki, münasibətlərin yaxşılaşması kəmərin reallaşmasına təsir etməyəcək:

"Türk axını" layihəsi münasibətlər pisləşməzdən öncə gündəmdən çıxmışdı. Bunun səbəbi layihənin çox bahalı olması və bazarın konkret müəyyənləşdirilməməsi ilə bağlı idi. Nəzərə alsaq ki, bu layihə Türkiyə vasitəsilə Avropaya çıxmalı olan qazın nəqlini nəzərdə tuturdu. Praktik olaraq da Avropa-Rusiya münasibətlərinin gərginləşməsi layihənin taleyini sual altında qoydu. Yalnız Rusiyanın deyil, eyni zamanda, hazırda Türkiyənin də maliyyə durumu yaxşı deyil. Hər iki ölkənin iqtisadi və maliyyə vəziyyəti yaxın gələcəkdə belə bir bahalı layihəni maliyyələşdirməyə imkan vermir".

İqtisadçı daha bir məsələyə, Ankara-Moskva yaxınlaşmasının Rusiya bazarında Azərbaycana təsirlərindən də söz açıb:

"Təbii ki, iki ölkə arasında münasibətlərin normallaşması Azərbaycan üçün vacibdir. Bu, strateji baxımdan Azərbaycanın maraqlarına təsir göstərir. Türkiyə Rusiya bazarını tərk etdikdən sonra Azərbaycan qısamüddətli dövrdə bu bazara daxil olmuşdu. Türkiyənin yenidən Rusiya bazarına qayıtması iqtisadi baxımdan ölkəmizə müəyyən qədər təsir göstərə bilər. Ancaq söhbət elə də böyük təsirlərdən getmir. Strateji baxımdan iki ölkənin münasibətlərinin əvvəlki qaydasına düşməsi Bakı üçün daha əhəmiyyətlidir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib. Bundan sonra isə iki ölkə arasında münasibətlər qaydaya düşməyə başlayıb.

Liderlər məlum hadisədən sonra ilk dəfə Sankt-Peterburqda avqustun 9-da bir araya gələcəklər.

Tarix
2016.07.30 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla