Yuxarı

Bu qəzalarla bağlı sığorta ödənişini DSMF yerinə yetirəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qəzalarla bağlı sığorta ödənişini DSMF yerinə yetirəcək

Milli Məclisin qəbul etdiyi yeni qanunlara əsasən, dövlət sektorunda çalışan şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, bununla bağlı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilib.

Hazırda bütün işçilərin qeyd edilən icbari sığortalanması özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilir.

Yeni dəyişikliklər isə bu sahədə ikili sistemin tətbiqini - dövlət sektorunda çalışanların icbari sığortalanmasının DSMF, digər subyektlərdə çalışanların isə özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilməsini, bununla əlaqədar olaraq müvafiq hallarda sığorta ödənişlərinin də dövlət və bələdiyyə sektoru üzrə DSMF, digər sahələr üzrə özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Tarix
2025.12.10 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

DTX-dan xəbərdarlıq: Süni intellektlə dələduzluq...

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla