Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın
inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman
imzalayıb.
"Axar.az" xəbər verir ki, bu barədə Prezidentin
rəsmi saytı məlumat yayıb.
Fərmanda qeyd olunur ki, ölkədə sahibkarlıq fəaliyyətinin dövlət
tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin
formalaşdırılması məqsədi ilə Nazirlər Kabinetinə qabaqcıl
beynəlxalq təcrübəni nəzərə almaqla iki ay müddətində Vergilər
Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə
uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin
azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə
təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar
Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat
və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Energetika
Nazirliyi ilə birlikdə tikintiyə icazələrin verilməsi sahəsində
mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə
dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan
Prezidentinə təqdim etmək;
Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə
Nazirliyi, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC və
"Bakıelektrikşəbəkə" ASC ilə birlikdə elektrik təchizatı şəbəkəsinə
qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili,
prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə
dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan
Prezidentinə təqdim etmək;
Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi,
İqtisadiyyat və Sənaye Nazirliyi, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə daşınmaz əmlaka
hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və
xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi
barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim
etmək;
Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadiyyat və Sənaye
Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri
Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
ilə birlikdə kreditlərin verilməsi prosesinə təsir edən
təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini
hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
İqtisadiyyat və Sənaye Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi və Ədliyyə Nazirliyi ilə birlikdə korporativ idarəetmənin
təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə
bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim
etmək;
Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi,
Nəqliyyat Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə idxal-ixrac
əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin
azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək;
İqtisadiyyat və Sənaye Nazirliyi və Ədliyyə Nazirliyi ilə
birlikdə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası
Qanununun təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb
Azərbaycan Prezidentinə təqdim etmək;
Bu fərmandan irəli gələn digər məsələləri həll etmək
tapşırılıb.