Yuxarı

Deputatdan türk siyasilərə Qarabağ çağırışı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Makedoniya və Bolqarıstanın türk kökənli siyasətçiləri ilə görüşdə onları Qarabağla bağlı səylərini artırmağa çağırıb.

Axar.az xəbər verir ki, millət vəkili Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim, Makedoniya siyasətində aktiv rol oynayan TMBH baş katibi Ərdoğan Saraç və Bolqarıstanı Avropa Parlamentində təmsil edən millət vəkili İlhan Küçüklə görüşüb.

Millət vəkili Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumatlar verib.

O bildirib ki, Ermənistanın törətdiyi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanları beynəlxalq ictimaiyyətə daha geniş çatdırılmalıdır.

Azərbaycanı çox sevdiklərini deyən dövlət rəsmiləri Qarabağ həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər.

Onlar həmçinin Azərbaycanın Makedoniya və Bolqarıstanda yaşayan türklərlə əməkdaşlığı daha da genişləndirəcəyinə inandıqlarını deyiblər və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıblar.

Tarix
2016.08.25 / 17:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla