Yuxarı

Rusiyadan Mehriban Əliyevaya təbriklər gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın siyasi və mədəni xadimləri Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib.

Axar.az Vestnik Kavkaza-ya istinadən xəbər verir ki, təbrik edənlərin arasında Şimali Osetiyanın keçmiş prezidenti, "Dostluq" ordeni laureatı, Rusiya Federasiyasının YUNESKO işləri üzrə Komissiya sədrinin müavini Aleksandr Dzasoxov da var:

"Mehriban Əliyeva bütün dünyada öz xalqının görkəmli nümayəndəsi kimi tanınır. Onu bir çox dövlətlərdə, BMT-də, YUNESKO-da tanıyırlar. Mehriban xanımın şöhrətinin əsasında onun səmimiliyi, Azərbaycan mədəniyyəti və xalqına olan qayğısı durur".

Tanınmış teleaparıcı, rejissor və aktyor Yuli Qusman öz növbəsində Mehriban xanımı tanıyan hər kəsin onun necə insani keyfiyyətlərə sahib olduğunu bildiyini vurğulayıb:

"O, ağıllı, gözəl, istedadlı, qeyri-adi, çox güclü qadındır. O, layiqli birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri, dövlət xadimi və layiqli anadır.

Təkcə mədəniyyət və incəsənət xadimi olaraq öz adımdan deyil, bütün dünya bakılılarının – Rusiyada, Amerikada, Avropada, Asiyada yaşayan bakılıların adından Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edirəm".

Rusiya Diplomatları Assosiasiyasının sədr müavini Andrey Baklanov Mehriban xanımı təbrik etməklə yanaşı ona fəaliyyətinə görə minnətdar olduğunu bildirib:

"Mehriban xanımı təbrik etmək azdır, mən ona Rusiya–Azərbaycan münasibətlərində nail olduğu uğura görə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın birinci xanımının iştirak etdiyi bir çox səfirlik tədbirlərində olmuşam və onun fəaliyyəti mənə çox böyük təsir göstərib.

O, həqiqətən də çox gözəl natiqdir, insanların diqqətini cəlb etməyi bacarır".

Tarix
2016.08.26 / 15:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla