Yuxarı

Naxçıvana hücum səbəbi - Ağar çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana hücum səbəbi - Ağar çağırış etdi

Həm ABŞ və İsrail, həm də İran Yaxın Şərqdə baş verən gərginlikdə Türkiyəni öz maraqları üçün istifadə etmək istəyə bilərlər. Hətta Türkiyəni proksi güc kimi mövqeləndirib, savaşa da daxil edə bilərlər. Biz bunu Rusiya‑Ukrayna və Qəzza müharibəsində gördük.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Ekspertin sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə üçün dövlət düşüncəsinin əsas prinsipi var:

“Türklər başqalarının istədiyi zamanda, yerdə və formada müharibəyə girməz. Mübarizəni yalnız öz seçdikləri vaxtda, yerdə və öz şərtləri ilə apararlar.

Qeyd edim ki, Yaxın Şərqdə müharibə böyüdükcə bəzi aktorlar Türkiyə və Azərbaycanı tez və erkən reaksiya verməyə məcbur edə, həssas nöqtələrini qızışdıra və suverenlik sərhədlərini sınaya bilərlər.

Belə hallarda əsas hədəf fiziki zərər vermək deyil, qərarvermə mexanizmini hərəkətə gətirməkdir”.

Ağarın fikrincə, bəzi məsələləri gözardı etmək olmaz:

“Bu halda, həssas mövzularımızın qızışdırılmasına, suverenliyimizin pozulmasına, xüsusilə, İran–İraq müharibəsi (1980–1988) və Suriya vətəndaş müharibəsi (2011–indiki) kimi regional münaqişələrin yaratdığı milli gücün çökməsi və yeni güc balansı təcrübələrinə diqqət etməliyik.

Həmçinin müharibə aparan tərəflərdə stressin yaratdığı yanlış qərarlardan, “sizi də yandıraram” təhdidinin altında dayanan teopolitik dərinlikdən, təşviqat, xarici manipulyasiya və təxribatlardan ehtiyatlı olmaq lazımdır.

Nəzərinizə çatdırım ki, bəziləri Türkiyə-Azərbaycan strateji ittifaqının həm reaksiya həddini yoxlamağa, həm də buradan bir tələ və ya qırılma nöqtəsi yaratmağa çalışa bilərlər. Buna da diqqət etmək vacibdir.

Türk dövlətinin ağlı səbirlə çalışır. Təxribat isə tələskənlik tələb edir. Fikrimcə, soyuqqanlılıq göstərmək və səbir etmək böyük gücdür”.

Tarix
2026.03.06 / 11:10
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla