Yuxarı

Vardanyanın müraciətləri araşdırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vardanyanın müraciətləri araşdırıldı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun üzvləri ağır cinayətlərdə təqsirləndirilərək məhkum olunmuş erməniəsilli şəxslərin, o cümlədən Ruben Vardanyanın saxlanıldığı müəssisəyə baş çəkiblər.

Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, bütün istintaq və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam təmin edilib.

"Onların vəkillə təmin olunması, müdafiə mövqeyini hazırlaması və məhkəmə prosesində iştirak imkanları qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təmin edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları məhkəmə proseslərində iştirak edərək təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmini vəziyyətini bilavasitə müşahidə ediblər. Bununla yanaşı, Ombudsman Səbinə Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən təqsirləndirilən erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla bir neçə dəfə konfidensial görüşlər keçirilib, onların saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib. Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib, şəxsin fundamental hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb" - məlumatda qeyd olunub.

Bildirilir ki, Ombudsman Aparatının əməkdaşları tərəfindən həytata keçirilən başçəkmələrdə təqsirləndirilən erməniəsilli şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz dillərində qanunvericilik aktları təqdim edilib: "Milli Preventiv Qrupun ixtisasca həkim və psixoloq üzvünün də iştirak etdiyi başçəkmələr zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən R.Vardanyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını bildirərək qəbula görə Ombudsmana təşəkkür ediblər. Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqi yardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyən edilib".

R.Vardanyanın hüquqlarının müdafiəsi ilə bağlı özünün və vəkilinin müraciətləri də Ombudsmanın səlahiyyətləri çərçivəsində araşdırılıb və cavablandırılıb.

Ombudsmanın “916” Çağrı Mərkəzinə R.Vardanyan tərəfindən edilmiş zəng də qeydə alınıb.

Tarix
2026.03.16 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla