Yuxarı

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

ABŞ və İran İslamabad danışıqlarından öncə hərbi ritorikadan geniş istifadə edib. Tramp danışıqlarda nəticənin 24 saat ərzində əldə edilməsini, əks təqdirdə, hərbi əməliyyatlara yenidən başlayacağını bəyan edib. İsrail “istənilən an döyüşləri bərpa etməyə hazır olduğunu” bildirib. İran da növbəti hücumlara cavab verəcəyini deyib.

Hərbi ritorikadan istifadə tərəflərin masada əlini gücləndirmək məqsədi daşıyır. Öz növbəsində hərbi eskalasiya riski də yüksək olaraq qalır. Lakin hərbi əməliyyatların mümkün bərpasının hansı səviyyədə olacağı sual altındadır.

Birincisi, hava zərbələri ilə rejimi dəyişmək mümkün deyil və ABŞ və İsrailin bundan sonra analoji əməliyyat taktikası effektsiz görünür: İranda strateji hərbi hədəflərin əksəriyyəti sıradan çıxarılıb;

İkincisi, İranın təslim olması şərtlərini yetişdirəcək quru əməliyyatı, yaxud daxili üsyan qeyri-mümkündür, ən azı yaxın perspektivdə;

Bu kontekstdə hava zərbələrini əhatə edəcək əməliyyatları bərpa etmək sərfəli görünmür. ABŞ təzyiqlə İranı danışıqlar masasında razı salmağa çalışacaq. Təzyiq aktlarından biri də danışıqların getdiyi vaxt müəyyən hədəflərə zərbələrin endirilməsi, qısa müddətli əməliyyatların keçirilməsi ola bilər. İstisna deyil ki, danışıqlara paralel şəkildə döyüşlər də müəyyən fasilələrlə davam edəcək.

Hərçənd, danışıqlar masasından müsbət nəticənin çıxacağı ehtimalı zəifdir: hər iki tərəfin tələbləri maksimalist və ikisindən birinin geri çəkiləcəyi gözləntisi isə minimaldır; lakin hər iki tərəfin müharibənin bərpasında maraqlı olmadığı aydın görünür.

Bu baxımdan, danışıqların bir neçə raunda bölünəcəyi istisna edilməyən variantdır.

Birinci raundda tərəflər mövqelərini diktə etməyə və hərbi-psixoloji vasitələrlə üstünlük qazanmağa çalışacaq. İlk görüşdə mümkün razılaşma danışıqların davam etdirilməsi üzərində ola bilər. Danışıqların davam etdirilməsi atəşkəs müddətinin də uzadılmasına şərait yarada bilər ki, tərəflər ictimaiyyət qarışısında sərt mövqe sərgiləsələr də, reallıqda buna ehtiyacları var. Növbəti raundlarda isə müəyyən yumşalmar müşahidə edilə bilər. Lakin yekun razılaşma versiyası sual altındadır.

Mümkündür ki, hər iki tərəf danışıqlardan zaman qazanmaq məqsədilə istifadə etməyi düşünür.

- İran hərbi itkilərini bərpa etmək və müharibənin növbəti mərhələsinə hazırlaşmaq istəyir;

- ABŞ və İsrail bu müddətdə İranı təslim etməyin, rejimin devrilməsinin yeni yollarını axtaracaq.

Bütün bunlarla yanaşı, media üzərindən “qələbə” təbliğatı xüsusi istiqamət kimi davam edə, hətta “diplomatik masadan qalib ayrılmaq” iddiaları da bura əlavə oluna bilər.

Tarix
2026.04.11 / 12:31
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla