Yuxarı

Ermənistan Azərbaycanı Avropa Məhkəməsinə verir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Azərbaycanı Avropa Məhkəməsinə verir

Ermənistanın "hüquqi özbaşınalığa qarşı" ictimai təşkilatı Mamikon Xocayanla bağlı Azərbaycanı Avropa Məhkəməsinə verməyi planlaşdırır.

Məlumata görə, belə bir bəyanatla Ermənistanın birinci ombudsmanı, ictimai təşkilatın icraçı direktoru və əsir və girovlarla bağlı Dövlət Komissiyasının üzvü Larisa Alaverdyan çıxış edib.

Onun sözlərinə görə, bir həftə ərzində İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət ediləcək. Alaverdyan qeyd edib ki, BMT-nin imkanlarından da istifadə ediləcək və bu məsələ dünya ictimaiyyətinin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Lakin Ermənistan tərəfi əsirin işgəncələrə məruz qaldığını iddia edib və Xocayanın xəstəxana palatasında çəkilən fotolarını mətbuata yayımlayıb ("Qafqazinfo").

Tarix
2014.03.06 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla